Dünya
22-02-2023, 13:39
922
İlon Maskın şirkətinə qarşı araşdırılma başladıldı - SƏBƏB
ABŞ Nəqliyyat Departamenti İlon Maskın “Neuralink” şirkətinə qarşı araşdırma başladıb.
Araşdırmaya səbəb şirkətin təhlükəli patogenlərin qanunsuz daşınması ilə bağlıdır.
Departament sözçüsü bildirib ki, araşdırmaya Məsul Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) qeyri-kommersiya təşkilatının müraciətindən sonra başlanılıb.
Onlar şirkətin təhlükəli patogenləri və meymun beyinlərindən çıxarılan implantları qeyri-qanuni şəkildə daşıdığını göstərən e-poçt və digər sənədlər əldə etdiklərini söyləyib.
Açıqlamada beyindən çıxarılan implantların təhlükəli xəstəliklərin daşıyıcısı ola biləcəyi bildirilib.
Qeyd edək ki, 2018-ci ildən bəri İlon Maskın şirkətinin sınaqlarına görə 1500 heyvanın öldüyü məlum olub.