Pakistanın müdafiə naziri Talibanla danışıqlar üçün Kabilə getdi
22-02-2023, 15:06
7 340

Pakistanın müdafiə naziri Talibanla danışıqlar üçün Kabilə getdi

Pakistanın müdafiə naziri iki qonşu ölkə arasında gərginliyin aradan qaldırılması ilə bağlı Taliban hökumətinin rəsmiləri ilə görüşmək üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.
Xarici KİV xəbər verir ki, bu, elan olunmamış səfər olub. 
"Müdafiə naziri Xavaca Məhəmməd Asif yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Kabilə gəlib. Səfər İslamabad və Kabilin bir-birini sərhədlərin idarə olunmasında və terrorçu ünsürlərlə mübarizədə əməkdaşlıq etməməkdə ittiham etdikləri bir vaxtda edilir", - məlumatda deyilir. 
Nazir Əfqanıstanın müvəqqəti hökumətinin rəsmiləri ilə təhlükəsizlik məsələlərini, xüsusilə də terrorizmlə mübarizə yollarını müzakirə etmək niyyətindədir.

Oxşar xəbərlər