Dünya
22-02-2023, 15:43
7 387
Urqant koftasının rənginə görə qınanıldı
Rusiyanın məşhur şoumeni İvan Urqantı Ukrayna bayrağının rənglərindəki paltarına görə qınanılıb.
Belə ki, Urqant televiziya studiyasında lentə aldığı və yeni çəkilişlərə işarə etdiyi iddia edilən şəkli dərc edib.
Şəkildə şoumen sarı sviter geyinib, sinəsində mavi lent olan “Axşam Urqant” nişanı olub. Bu da Rusiyanın müharibə şəraitində olduğu Ukraynaya dəstək kimi qiymətləndirilib. Teleaparıcı sərt tənqid edilib, sosial şəbəkələrdə linç edilib.
2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasından sonra yayım cədvəlində dəyişiklik edildiyi üçün Birinci Kanalda “Axşam Urqant” verilişi yayımını dayandırıldı. Daha sonra telekanal teleaparıcının işdən çıxarılması ilə bağlı məlumatı təkzib etdi 2022-ci ilin avqustunda Urqant Anti-Rusiya Mədəni Fəaliyyətləri Araşdırma Qrupunun (GRAD) tərtib etdiyi “xarici agentlər” siyahısına daxil edildi.