Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib - YENİLƏNİB
23-02-2023, 15:11
7 560

Tacikistanda bir gündə dördüncü güclü zəlzələ baş verib - YENİLƏNİB

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi Astana vaxtı ilə saat 14:01-də (Bakı vaxtı ilə 12:01-də) zəlzələ qeydə alıb.
Zəlzələnin episentri Tacikistan ərazisində, Almatı şəhərindən 606 kilometr cənub-qərbdə, Çinlə sərhəd yaxınlığında yerləşib.
15 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub.
Günün əvvəlindən bu, Tacikistanda qeydə alınan dördüncü zəlzələdir.
Onlardan birincisi 7 bal gücündə Almatı və Çimkənddə hiss olunub.
Növbəti təkanlar 5,6 və 5,7 bal gücündə qeydə alınıblar. 
Mənbə: Sputnik Qazaxıstan
08:36
Tacikistanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqaba qəsəbəsindən 66 km cənub-qərbdə yerləşib. Zəlzələnin mərkəzi 20 km dərinlikdə olub.
Daha əvvəl zəlzələnin 7,1 bal gücündə olduğu bildirilib.
Eyni zamanda, Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 08:01-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 424 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS

Oxşar xəbərlər