“WhatsApp”da növbəti yenilik
23-02-2023, 18:26
6 439

“WhatsApp”da növbəti yenilik

“WhatsApp” platformasında göndərilən mesajları redaktə etmək mümkün olacaq.
Xarici KİV xəbər verir ki, hələlik yeni funksiya yalnız sınaq variantındadır və “iOS” cihazlarında işləyir.
Yeni funksiya tezliklə bütün smartfon modellərində istifadəyə veriləcək. Redaktə etmək imkanı yalnız mətn mesajlarında, göndərildikdən sonra 15 dəqiqə ərzində mümkün olacaq.
Dəyişiklik edilmiş mesajlara “redaktə edilib” yazısı əlavə ediləcək.

Oxşar xəbərlər