Dünya
24-02-2023, 13:51
1 748
Rusiyada sərnişin təyyarəsi məcburi eniş etdi
Soçidən Krasnoyarska uçan sərnişin təyyarəsi məcburi eniş edib.
Bu barədə Rusiya Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Rossiya" aviaşirkətinə məxsus Soçi-Krasnoyarsk marşrutu ilə uçan "Boeing-737-800" təyyarəsi salonda təzyiqin azalması səbəbindən Krasnoyarsk hava limanına məcburi eniş edib.
Hava maşınında 167 sərnişin və 8 ekipaj üzvü olub. İlkin məlumata görə, eniş zamanı xəsarət alan olmayıb.