Paltaryuyan və cehiz sandığında narkotik gizlədən azərbaycanlı tutuldu
25-02-2023, 14:54
16 857

Paltaryuyan və cehiz sandığında narkotik gizlədən azərbaycanlı tutuldu

Türkiyənin İğdır şəhərində evdən narkotik tapılıb.
Yerli KİV bildirir ki, şəhər polisi evlərdən birində əməliyyat keçirib. Nəticədə paltaryuyan maşında və cehiz sandığında gizlədilən 1 kilo 410 qram marixuana ələ keçirilib.
Hadisə ilə əlaqədar 1-i İran, digəri Azərbaycan əsilli olmaqla 3 nəfər saxlanılıb. Onların hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.



Oxşar xəbərlər