Oyuna aludə olan şagird müəlliməsini qəddarlıqla döydü
26-02-2023, 17:18
8 577

Oyuna aludə olan şagird müəlliməsini qəddarlıqla döydü

Müəllimənin dərs zamanı məktəblinin əlindən “Nintendo Switch”ini alması az qala həyatı bahasına başa gələcəkdi. Belə ki, tənəffüs zamanı şagird müəlliməni qəddarlıqla döyüb.
Qorxunc hadisə Floridada qeydə alınıb.
Baş verənlər təhsil müəssisəsinə quraşdırılmış kameralar tərəfindən qeydə alınıb.

Görüntülərdə yeniyetmənin müəlliməyə tərəf qaçaraq onu itələdiyi, qadın yerə yıxıldıqda isə onun bədəninə dəfələrlə təpik və yumruq vurması əks olunub.
Ətrafdakılar dərhal köməyə gəliblər.
Məktəbli artıq saxlanılıb.
Mənbə: Komsomolskaya Pravda

Oxşar xəbərlər