5 illik eşq bitdi
27-02-2023, 11:50
635

5 illik eşq bitdi

“Game of Thrones” serialının ulduzu Meysi Uilyams sevgilisi Ruben Selbi ilə beş illik münasibətini bitirib.
Cütlük bu barədə sosial media hesablarında məlumat verib.
“Bir dövrün sonu. Ruben və mən yollarımızı ayırmaq qərarına gəldik”, - deyə, aktrisa yazıb və pərəstişkarlarından onu və Rubeni lazımsız suallarla bezdirməmələrini istəyib.
Qeyd edək ki, Ruben Selbi sevgilisindən fərqli olaraq  kino dünyasından uzaqdır. “Contact Agency” model agentliyinin həmtəsisçilərindən biridir. Şirkət özünü “növbəti nəsil modellər üçün platforma” adlandırır.

Oxşar xəbərlər