Mühafizəçi bu zarafata görə məktəblini otağa salıb...
27-02-2023, 12:12
584

Mühafizəçi bu zarafata görə məktəblini otağa salıb...

Sankt-Peterburqun Vasileostrovski rayonunda parkinq işçisi 12 yaşlı məktəblini döyüb.
Yerli media xəbər verir ki, üç yeniyetmə dayanacağa girərək mühafizəçi ilə oynamaq istəyiblər. Bunun üçün təhlükəsizlik kameralarından birinə əlcək taxıblar. Avtoparkın əməkdaşı onları görüb, birini tutub və onu mühafizənin istirahət otağına aparıb. Kişi uşağı çarpayıya atıb, onun üstünə qışqırmağa və başına vurmağa başlayıb.
Uşağın dostları polisə zəng edib. Bu zaman zərərçəkənin anası dayanacaqda olub, mühafizəçi qadına uşaqların xuliqanlıq etdiklərini billdirib. Oğlan xəstəxanaya aparılıb və döyülmələr üzə çıxıb. Həkimlər ona qançır və sıyrıq diaqnozu qoyublar.

Oxşar xəbərlər