“Ceyms Bond” Türkiyə üçün 100 milyondan çox pul yığdı
27-02-2023, 18:51
5 868

“Ceyms Bond” Türkiyə üçün 100 milyondan çox pul yığdı

İngilist aktyor Daniel Kreyq Kahramanmaraş mərkəzli zəlzələdən əziyyət çəkənlərə yardım edib.
Sənətçi 100 milyon funt sterlinqdən çox ianə toplanmasına vasitəçi olub. Beşinci və sonuncu dəfə Ceyms Bond personajına həyat bəxş edərək simvolik rolla vidalaşan britaniyalı aktyor ianə verənlərə təşəkkür mesajı da yayımlayıb:
“Zəlzələlər saniyə çəkir, lakin onların təsiri illərlə davam edəcək. Xəstəxanalar, məktəblər və iş yerləri dağılıb, yüz minlərlə insan şaxtalı qış şəraitində evsiz qalıb. Lütfən, onlara kömək etmək üçün əlinizdən gələni edin”.
Qeyd edək ki, Daniel Kreyq təxminən iki həftə əvvəl Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım istəmişdi. Aktyorun çağırışı ilə 101,5 milyon funt sterlinq pul toplanılıb.

Oxşar xəbərlər