İran məktəblərində qız şagirdləri radikallar qəsdən zəhərləyirmiş
28-02-2023, 10:35
587

İran məktəblərində qız şagirdləri radikallar qəsdən zəhərləyirmiş

İranda ötən ilin noyabr ayından bəri şagirdlərin kütləvi zəhərlənməsi halı baş verir. 
BBC xəbər verir ki, İranın səhiyyə nazirinin müavini Yunes Panahi zəhərlənmələrin qəsdən törədildiyini dolayısı ilə təsdiqləyib.
Belə ki, zəhərlənən yüzlərlə qızın əksəriyyəti İranın dini bölgələrində, xüsusən də Qum, Ərdəbil, Məşhəd və Tehran şəhərindəndir. Panahi qeyd edib ki, kütləvi zəhərlənməyə səbəb İranda qız məktəblərinin bağlanmasını istəyən radikal qruplaşmadır. 
İranlı alim Məhəmməd Təqi Fazel Meybodi də zəhərlənmələrin qəsdən törədildiyini təsdiqləyib: "Bu hadisə qəsdən törədilib. Məktəblərdə baş verən bu silsilə zəhərlənmələrə görə "Millenialistlər" adlı qrup məsuliyyət daşıyır". 
Onun sözlərinə görə, bu radikal və anti-müasir qruplaşmanın üzvləri hesab edirlər ki, qızlar ibtidai məktəbin üçüncü sinfinə qədər oxumamalı, ondan sonra təhsildən uzaqlaşmalıdırlar. 
Qeyd edək ki, şagirdlərin zəhərlənməsi faktı 60 məktəbdə qeydə alınıb. 

Oxşar xəbərlər