Onunla razılaşmayan 3 naziri işdən çıxardı
28-02-2023, 10:38
585

Onunla razılaşmayan 3 naziri işdən çıxardı

Kolumbiya prezidenti Qustavo Petro səhiyyə islahatı qanunu ilə razılaşmayan üç naziri vəzifəsindən azad edib. 
Bu barədə Kolumbiya lideri Casa de Narino Prezident sarayında açıqlama verib. 
O, təhsil naziri Alejandro Qaviriya, idman naziri Maria İzabel Urrutia və mədəniyyət naziri Patrisiya Arizanın yerinə yeni şəxslərin təyin edildiyini bildirib.
"İslahatlar ictimai müzakirəyə və hökumətdə konsensusa ehtiyac duyur. Qanun Konqres və cəmiyyət tərəfindən təsdiq edildikdən sonra onları həyata keçirmək üçün çox qətiyyətli olmalıdırlar", - Petro bildirib.

Oxşar xəbərlər