Yaponiya daha 48 rusiyalıya sanksiya tətbiq etdi
28-02-2023, 23:59
7 797

Yaponiya daha 48 rusiyalıya sanksiya tətbiq etdi

Yaponiya hökuməti Rusiya Federasiyası müdafiə nazirinin müavini Viktor Qoremkin və Kalaşnikov şirkətinin baş direktoru Alan Luşnikov da daxil olmaqla 48 rusiyalıya qarşı sanksiya tətbiq edib.
Xarici KİV xəbər verir ki, bu  barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  
Bildirilir ki, sanksiyalar iki hissəyə bölünür. Siyahı Rusiya üçün (39 nəfər) və ayrıca Rusiya Federasiyasının nəzarətində olan ərazilərdən olan şəxslərin (9 nəfər) adlarından ibarətdir.

Oxşar xəbərlər