Stiven Siqal Rusiyada ordenlə təltif olundu
28-02-2023, 12:02
7 189

Stiven Siqal Rusiyada ordenlə təltif olundu

Rusiya Prezidenti Vladimir Putin amerikalı aktyor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya - Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqalı “Dostluq” ordeni ilə təltif etmək haqqında fərman imzalayıb.
Müvafiq sənəd ölkənin hüquqi informasiyaya dair rəsmi portalında dərc olunub.
Sərəncamda deyilir ki, mükafat beynəlxalq mədəni - humanitar əməkdaşlığın inkişafına böyük töhfəyə görə verilib.
Qeyd edək ki, aktyorun Rusiya vətəndaşlığı var. Putin Rusiya vətəndaşının pasportunu 2016-cı ilin noyabrında şəxsən Siqala təhvil verib.
Mənbə: gazeta.ru

Oxşar xəbərlər