Rusiyada naməlum təyyarə qəzası
28-02-2023, 12:04
7 185

Rusiyada naməlum təyyarə qəzası

Rusiyanın Adıgey çərkəz vilayətində təyyarə qəzası baş verib. 
Xarici KİV xəbər verir ki, hadisə Qiaqinski rayonunun Novı kəndində qeydə alınıb. 
Təyyarənin gecə saatlarında qəzaya uğramasına baxmayaraq, bununla bağlı ətraflı məlumat hələ də verilməyib. 
Rusiya KİV-ləri bunu "naməlum təyyarə qəzası" kimi dərc edir. Ölən və yaralananlar barəsində məlumat yoxdur. 
Vilayət rəhbəri Murat Kumpilovun sözlərinə görə, hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Qəza nəticəsində bir fermaya ziyan dəyib. 

Oxşar xəbərlər