77 yaşlı kişi polisə 7 min dəfə ZƏNG ETDİ, sonda TUTULDU
28-02-2023, 12:14
7 171

77 yaşlı kişi polisə 7 min dəfə ZƏNG ETDİ, sonda TUTULDU

Britaniyanın Horsham şəhər sakininin 2020-ci ilin sentyabr ayından bəri 7 min dəfədən çox polisə və təcili yardıma zəng etdiyi məlum olub.
Xarici KİV xəbər verir ki, o, telefona cavab verən operatorları daim təhqir etdiyi üçün həbsxanaya düşüb. 
77 yaşlı Rocer Cekson məhkəmə zamanı günahını etiraf edib. 2020-ci ilin sentyabr ayından etibarən təqaüdçü polis və təcili yardım operatorları ilə 400 saat danışıb. Britaniyalı israrla təcili yardım xidmətlərinə zəng edib və operatorları təhqir edib. Ona dəfələrlə həkimlərin və polis əməkdaşlarının telefonla təhqir edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilsə də xeyri olmayıb. Və sonda həbs edilib.
Polis əməkdaşı qeyd edib ki, polislərin və təcili zəng mərkəzi operatorlarının əməyi hörmətə layiqdir və yüksək peşəkarlıq tələb edir: "Onlarla Ceksonun danışdığı kimi danışa bilmərik".
Təcili yardım xidmətinin sözçüsü Nathan Daxner, Ceksonun gündəlik olaraq işçiləri şifahi şəkildə təhqir etdiyini və onun hərəkətlərinin mənfi təsirini qiymətləndirmək lazım olduğunu söyləyib:
"Yalnız bir yalançı zəng həyatı təhlükə altına alır və diqqətimizi, resurslarımızı həqiqətən köməyə ehtiyacı olanlardan yayındırır".
Ceksona 3 il 3 ay həbs cəzası verilib.

Oxşar xəbərlər