Dağıntılar altından sağ çıxarılan qız xəstəxanaya aparılarkən itkin düşdü
28-02-2023, 14:13
6 641

Dağıntılar altından sağ çıxarılan qız xəstəxanaya aparılarkən itkin düşdü

Kahramanmaraşda zəlzələdə çökən binanın dağıntıları altından sağ çıxarılan 10 yaşlı Mukaddes Erva Aktaş itkin düşüb. 
Onikisubat mahalında baş verən zəlzələdə yaşayış binasının çökməsi nəticəsində Aktaş ailəsinin üzvləri dağıntılar altında qalıb.  Ata Abdullah Aktaş hadisədən 2, 10 yaşlı qızı isə 4 saat sonra dağıntılar altından sağ çıxarılıb. Onlar ayrı-ayrılıqda təcili tibbi yardımla xəstəxanaya aparılıblar. 
Aktaş ailəsinin digər üzvlərinin cəsədləri isə saatlar sonra dağıntılar altından çıxarılıb. 
Bu zaman xəstəxanada olan ataya ailəsindən yalnız qızının sağ olduğu bildiriblər. Abdullah Aktaş xəstəxanada övladının yolunu gözləyib. Lakin ondan bir xəbər ala bilməyib. Hadisədən 22 gün keçməsinə baxmayaraq, təcili yardımla xəstəxanaya aparılan 10 yaşlı Ervadan hələ ki, bir xəbər yoxdur. 
Abdullah Aktaş xəstəxanadan buraxıldıqdan sonra, Ervanın axtarışına başlayıb. Belə ki, Kahramanmaraş və ətraf vilayətlərdən, xəstəxanalardan ədliyyələrə, nazirliklərə və polis bölmələrinə gedən Abdullah Aktaş qızından heç bir iz tapa bilməyib. Ədliyyədə şəxsiyyəti müəyyən edilə bilməyən qızların fotolarına bir-bir baxan Aktaş son DNT analizindən də nəticə ala bilməyib.
Bununla bağlı yerli KİV-ə danışan ata, "Bütün xəstəxanalara baxmışam. Polis bölmələrinə məlumat vermişəm. Qızım qonşularımız tərəfindən sağ çıxarılıb. Yaralı olduğu üçün də təcilli yardımla xəstəxanaya yola salınıb", - deyə bildirib. 
Atanın bu çağırışdan sonra polislər təhlükəsizlik kamerasına baxıblar. Kadrlarda qonşular Ervanı təcili yardım maşınına qoyduqları və maşının yola düşüdüyü anlar əks olunub. Təhlükəsizlik kamerası görüntülərini polisə təhvil verən ata Abdullah Aktaş qızının tapılmasını tələb edib.

Oxşar xəbərlər