Ərdoğan Kahramanmaraşa getdi
28-02-2023, 14:50
6 442

Ərdoğan Kahramanmaraşa getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən 7,6 ballıq zəlzələnin episentri olan Kahramanmaraşın Elbistan rayonuna gedib. 
Ərdoğanı MHP sədri Dövlət Baxçalı və BBP sədri Mustafa Destici müşayiət edirlər. 
Türkiyə lideri Esenboğa hava limanından zəlzələ bölgəsinə yola düşüb. Ərdoğan Elbistandan sonra Kahramanmaraşın Afşin və Malatyanın Doğanşehir rayonlarında zəlzələ qurbanları ilə görüşəcək, zəlzələdən sonra aparılan işlərlər tanış olacaq.

Oxşar xəbərlər