Daha üç müğənni tacqoyma mərasiminə gəlməkdən İMTİNA ETDİ
1-03-2023, 11:27
1 280

Daha üç müğənni tacqoyma mərasiminə gəlməkdən İMTİNA ETDİ

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlzın tacqoyma mərasimi şərəfinə təşkil olunan konsertdə çıxış etmək üçün dəvət olunan daha bir neçə məşhur tədbirə qatılmaqdan imtina edib. 
Xarici mətbuat xəbər verir ki, britaniyalı musiqiçi Elton Con, “Spice Girls” və müğənni Harri Styles sıx iş qrafiki səbəbindən konsertdə çıxış etməmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl britaniyalı müğənni Adelin Şiranın III Çarlzın tacqoyma mərasimi şərəfinə konsertdə çıxış etməkdən imtina etdiyi bildirilib. Şirana yaxın mənbələr müğənninin dəvət olunmadığını iddia ediblər. 
Xatırladaq ki, Böyük Britaniyanın yeni hökmdarı III Çarlzın rəsmi tacqoyma mərasimi bu ilin may ayının 6-da baş tutacaq.

Oxşar xəbərlər