İranda genişmiqyaslı hərbi təlimlər KEÇİRİLİR
1-03-2023, 14:17
680

İranda genişmiqyaslı hərbi təlimlər KEÇİRİLİR

Fevralın 28-dən etibarən İranda ordunun hava hücumundan müdafiə və hava qüvvələrinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin hərbi təlimləri başlayıb.
Bu  barədə IRNA məlumat yayıb. 
Agentliyin məlumatına görə, təlimlər İranın demək olar ki, bütün bölgələrində keçirilir. Təlimin əsas mərhələsində ölkənin mühüm nüvə və hərbi obyektlərinin mühafizəsi üçün gecə saatlarında taktikanın hazırlanması planlaşdırılır.

Oxşar xəbərlər