Ərdəbildə 108 şagird zəhərləndi
1-03-2023, 15:19
631

Ərdəbildə 108 şagird zəhərləndi

Bu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib.
Bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib.
Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər. Hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.

Oxşar xəbərlər