Rusiya hava döyüşü zamanı Ukraynanın "Su-24" təyyarəsini vurdu
1-03-2023, 15:20
643

Rusiya hava döyüşü zamanı Ukraynanın "Su-24" təyyarəsini vurdu

Rusiya Aerokosmik Qüvvələri hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarəsini vurub. 
Bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov deyib.
MN sözçüsünün məlumatına görə, Donetsk Xalq Respublikasının Drujkovka qəsəbəsi üzərində səmada hərbi toqquşma baş verib, "Su-24" təyyarəsi vurulub.
Bundan əlavə, Rusiya hərbçiləri Ukraynanın 15 pilotsuz uçuş aparatını vurub.

Oxşar xəbərlər