Qızardılmış yeməklər XƏRÇƏNG YARADIR
1-03-2023, 16:09
5 091

Qızardılmış yeməklər XƏRÇƏNG YARADIR

Yanmış qidalar xərçəngin inkişaf ehtimalını artırır.
Xarici KİV xəbər verir ki, bu fikirləri həkim Yelena Solomatina deyib.
Onun sözlərinə görə, üzəri qaralmış (yanmış) qızardılmış qidaları yemək məsləhət görülmür:
"Biz kartof qızardarkən çalışırıq ki, üzəri qızarsın. Amma yannmış qabıq sadəcə onkologiyanın təxribatçısıdır".
O izah edib ki, qızartma zamanı poliaromatik karbohidrogenlər ayrılır. Bu birləşmələr hüceyrələrin bütövlüyünü poza bilər və şiş prosesinin inkişafına səbəb ola bilər. Qızardılmış kartofda əmələ gələn eyni qəhvəyi qabığın tərkibində kanserogen akrilamid var.
Bundan əlavə, ekspert qeyd edib ki, yandırılmış və ya qabığa qədər qızardılmış qidalar vaxtından əvvəl qocalmağa, qırışların intensiv əmələ gəlməsinə kömək edir.

Oxşar xəbərlər