Alimlər ömrü uzadan məşq proqramını AÇIQLADILAR
1-03-2023, 16:15
5 081

Alimlər ömrü uzadan məşq proqramını AÇIQLADILAR

Amerikalı alimlər ömrü uzatmaq üçün həftədə optimal məşq miqdarını açıqlayıblar.
Xarici KİV xəbər verir ki, alimlər bunun üçün həftədə 150-300 dəqiqə orta səviyyəli fəaliyyət, həftədə 75-150 dəqiqə intensiv fəaliyyət tələb olunduğunu bildiriblər.
Orta bir məşq olaraq, gəzinti, velosiped sürməyi və ya yüngül gimnastika etməyi məsləhət görüblər. Tədqiqatçıların tövsiyə etdiyi intensiv fəaliyyətlər kardio və qaçışdır.
Alimlər həftəlik proqramların tərtib edilməsi variantlarını da irəli sürüblər. Məsələn, gündəlik 45 dəqiqə gəzinti və ya hər gün 20 dəqiqə gəzinti, həftədə daha iki saatlıq intensiv məşq və ya həftədə beş dəfə 40 dəqiqə yüksək intensivlikli rəqs kardio proqramları ola bilər.

Oxşar xəbərlər