Elnurun üzünü gizlədib sevgilisi kimi qələmə verdi
1-03-2023, 16:27
5 076

Elnurun üzünü gizlədib sevgilisi kimi qələmə verdi

Türk aparıcı Bircan Balinin yeni sevgi münasibətinə başladığı iddia edilib. Buna səbəb isə Bircanın instaqramda yarısı kəsilmiş fotosunu paylaşması olub. Görüntüdə Balinin yanında bəy olduğu görünüb, lakin kadrda onun bir hissəsi düşüb.
Aparıcı paylaşıma “Sevmək üçün çox səbəbim var” şərhini yazıb. Bundan sonra o şəxsin sevgilisi olduğu düşünülüb.
OLAY-ın məlumatına görə, Bircanın fotosunu paylaşdığı bəy azərbaycanlı stilist Elnur Həsənovdur.

Hətta onun bu şəkli ötən ilin sentyabrında çəkilib. Bircan eyni libas və makiyajda “Söylemezsem olmaz” proqramına çıxmış, ondan da əlavə instaqramda sözügedən “look”u ilə foto paylaşmışdı.
Eyni zamanda həmin tarixdə Elnur bir neçə gün Bircanın makiyajını öz öhdəsinə götürmüşdü.

Oxşar xəbərlər