Həşəratlarla mübarizə aparan pensiyaçı evini PARTLATDI
1-03-2023, 18:12
4 939

Həşəratlarla mübarizə aparan pensiyaçı evini PARTLATDI

Nijni Novqorod vilayətində həşəratlarla mübarizə aparan təqaüdçü mənzilini partladıb.
Xarici KİV xəbər verir ki, məlumata görə, yaşlı kişi evə tarakan və qarışqalara qarşı həddindən artıq xüsusi aerozol səpib.
Otaqda qaz yığıldığı üçün daha sonra partlayış olub. Partlayış nəticəsində mənzilin pəncərələrinin bir hissəsi sınıb, eyvanı isə qismən sıradan çıxıb. Təqaüdçü özü 2-ci dərəcəli yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
Qonşu mənzillərə təsir edib-etmədiyi hələ ki açıqlanmayıb.




Oxşar xəbərlər