Dünya
1-03-2023, 18:45
5 019
Ukraynadakı müharibədə 100-dən çox MƏMUR ÖLÜB: 200-dən çoxu itkin düşüb
Ukrayna Nazirlər Kabinetinin naziri Oleq Nemçinov bildirib ki, Rusiya ilə genişmiqyaslı müharibənin birinci ilinin sonuna olan məlumata görə, cəbhədə 3,5 min dövlət qulluqçusu döyüşür, 108 məmur həlak olub.
Xarici media məlumatına görə, o, bu barədə telemarafonun efirində deyib.
"Ümumilikdə ilin sonunda 3637 belə şəxs (döyüşən dövlət qulluqçuları - red.) olub. Təəssüf ki, ilin sonuna 108 dövlət qulluqçusu həlak olub, 80-i yaralanıb", - Nemçinov bildirib.
Onun sözlərinə görə, 200-dən çox məmur itkin düşmüş hesab olunur.
Nazir həmçinin qeyd edib ki, dövlət qulluqçuları ölkəni təkcə Ukrayna Silahlı Qüvvələrinin sıralarında deyil, həm də Milli Qvardiya, Sərhəd Mühafizəsi, Ukrayna Təhlükəsizlik Xidməti və digər hərbi birləşmələrin sıralarında da qoruyur.
Xatırladaq ki, Ukraynada dövlət qulluqçularının və ölkə üçün vacib olan müəssisələrin işçilərinin 50 faizi və daha çoxunun səfərbərlikdən möhlət verilməsini nəzərdə tutan çağırışçıların bronlaşdırılması üçün yeni prosedur tətbiq edilib.