Avropa silah sənayesini gücləndirmək istəyir
2-03-2023, 18:59
7 772

Avropa silah sənayesini gücləndirmək istəyir

Avropa Komissiyası (AK) təşkilat daxilində hərbi-sənaye kompleksinin potensialını əhəmiyyətli dərəcədə artırmaq üçün üç mərhələli plan təqdim edəcək.
Bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Plan üç mərhələdən ibarətdir. Birinci mərhələdə Ukraynaya döyüş sursatı (155 mm-lik mərmi daxil olmaqla) tədarükünün dərhal artırılması nəzərdə tutulur. Növbəti mərhələ Aİ ölkələrinin ehtiyatlarını və Ukraynanın uzunmüddətli təchizatını artırmaq üçün Avropa Müdafiə Agentliyi tərəfindən 155 mm-lik döyüş sursatının birgə alınmasını ehtiva edir.
Sonuncu mərhələdə isə Aİ ölkələrinin döyüş sursatlarının istehsalı üzrə potensialının uzunmüddətli artımını təmin etmək planlaşdırılır.
Aİ müdafiə nazirlərinin gələn həftənin əvvəlində Stokholmda keçiriləcək qeyri-rəsmi görüşdə təklifləri müzakirə edəcəyi gözlənilir. “Der Spiegel” yazır ki, artıq martın sonunda dövlət və hökumət başçılarının növbəti sammitində qərarlar qəbul edilə bilər.

Oxşar xəbərlər