Dünya
2-03-2023, 12:05
636
Vəkil şirkətdən 10 milyon oğurlayıb QUMAR OYNADI
ABŞ-ın Kaliforniya ştatından olan hüquqşünas Sara Jaklin Kinq işlədiyi şirkətdən 10,2 milyon dollardan çox pul oğurlayaraq qumara xərcləyib.
Xarici media xəbərinə görə, qadının LDR International Limited tərəfindən verilmiş və sonradan borcalanlara köçürülməli olan kreditlərdən şəxsi məqsədləri üçün istifadə etdiyi iddia edilir. O, Las-Veqas kurort şəhərindəki dəbdəbəli bir oteldə məskunlaşıb və burada şirkət vəsaitlərindən istifadə edərək altı ay müntəzəm olaraq qumar oynayıb.
LDR International Limited Kinqə qarşı məhkəmə iddiası qaldıraraq, səbəb kimi müqavilənin pozulması, fırıldaqçılıq və mənimsəməni göstərib. Şirkətdən verilən məlumata görə, hüquqşünas 97 borcalana kreditlə verilən pulu mənimsəyib, məlum olub ki, onların adları saxtalaşdırılıb.
Hazırda Kinq, iddiaya görə, saxta sövdələşmələr etməyə və növbəti fırıldaqlarla məşğul olmaq üçün digər ştatların sərhədlərini keçməyə davam edir. Ehtimal olunur ki, vəkilin şəriki onun hazırda Mərakeşdə gizlənən keçmiş əri ola bilər. Kinqin məhkəməsi üçün tarix daha sonra təyin olunacaq.