"İsrail İranın nüvə obyektlərini vura bilər" - KİV
2-03-2023, 13:39
813

"İsrail İranın nüvə obyektlərini vura bilər" - KİV

İranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması perspektivi İsrailin nüvə obyektlərinə zərbə endirmək qərarını sürətləndirə bilər.
Bu barədə "Bloomberg" nəşri məlumat dərc edib. 
"Rusiya açıq şəkildə silah tədarük edib-etməyəcəyini açıqlamayıb, lakin Moskvanın Ukraynaya müdaxiləsindən sonra Moskva və Tehran daha da yaxınlaşıb. S-400-lərin yerləşdirilməsinə iki ildən az vaxt lazımdır", - məlumatda qeyd olunub. 
İsrailin baş naziri Binyamin Netanyahu keçən həftə Təl-Əvivdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, İranın qarşısını almaq üçün hər şey edəcək: "İranın nüvə silahı əldə etməsinə mane olmaq mənim səlahiyyətimdədir".

Oxşar xəbərlər