“Trabzonspor”un prezidenti istefa verdi
2-03-2023, 14:55
653

“Trabzonspor”un prezidenti istefa verdi

Türkiyənin “Trabsonzpor” klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib.
“TRT Spor”un yaydığı xəbərə görə, funksioner ərizəsini yazaraq imzalayıb. Yekun qərarın bu gün veriləcəyi bildirilir.
Klubun İdarə Heyəti prezidentdən növbədənkənar qurultay keçirməyi tələb edirdi. İstefanın məhz bununla əlaqədar olduğu deyilir.
Ağaoğlu 2018-ci ildən “Trabzonspor”un prezidenti idi.

Oxşar xəbərlər