Avropa Parlamentinin üzvü: “Çinin hərəkətləri Aİ ilə soyuq müharibəni qaçılmaz edir”
2-03-2023, 14:56
661

Avropa Parlamentinin üzvü: “Çinin hərəkətləri Aİ ilə soyuq müharibəni qaçılmaz edir”

“Çinin beynəlxalq arenadakı hərəkətləri Çin və Avropa İttifaqı arasında soyuq müharibəni qaçılmaz edir”.
Bu sözləri Avropa Parlamentinin italiyalı üzvü Anna Bonfrisko Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelə ​​müraciətində deyib.
Parlamentari Pekinin təsirinə qarşı çıxmaq üçün Transatlantik koordinasiyanı gücləndirməyə çağırıb.
Onun sözlərinə görə, Çinlə soyuq müharibə məsələsi ÇXR-in fəaliyyətləri, təhdidləri, o cümlədən son zamanlar asimmetrik casusluq forması ilə əlaqədar aktuallaşıb.
“Müttəfiqlərin və həmfikir ölkələrin birliyi yeni soyuq müharibədən çəkinməyə çağırılır. Ancaq belə soyuq müharibədən necə yayınmaq olar, anlamaq çətindir”, - deyə o qeyd edib.
Öz mövqeyini izah edən parlamentari Çinin xarici siyasətinin Aİ-də narahatlıq doğuran bir sıra aspektlərini sadalayıb. Onun sözlərinə görə, Rusiya və İrana sanksiyalardan yan keçməyə kömək etmək, bazarlara təsir göstərməklə avropalıların rifahını pozmaq və s. kimi məqamları buna misal göstərmək olar.
Mənbə: Lenta.ru

Oxşar xəbərlər