Kriştianu Ronaldunu “feyk” sayıb, transfer etməyiblər
2-03-2023, 14:57
652

Kriştianu Ronaldunu “feyk” sayıb, transfer etməyiblər

Kriştianu Ronaldu gənc yaşlarında İtaliyanın “Latsio” klubuna keçə bilərmiş.
Bu barədə italyan futbol agenti Alessandro Mocci məlumat verir.
O bildirib ki, portuqaliyalı oyunçu karyerasının ilk illərində Roma təmsilçisinə təklif edilsə də, klubun ovaxtkı prezidenti Serco Kranyotti braziliyalı Ronaldo Nazarionu transfer etmək istədiyi üçün bundan imtina edib.
“Oyunçunun meneceri Xorxe Mendeş köhnə idman direktoru Canmarko Kallerinin dostu idi. Kriştianunu həmin dövrdə klubun prezidenti olan Serco Kranyottiyə təklif etdik. Amma o, bu transferlə maraqlanmadı. Çünki “Həqiqi Ronaldo”nu istəyirdi. Buna görə də heç müzakirələrə belə başlamadı”, - deyə agent “Calciomercato”ya söyləyib.
Maraq üçün qeyd edək ki, “Latsio”nun braziliyalı Ronaldonu transfer etmək cəhdləri də uğurlu alınmayıb.

Oxşar xəbərlər