Yaralı durnanı xilas etdi, DOSTU OLDU
2-03-2023, 15:01
918

Yaralı durnanı xilas etdi, DOSTU OLDU

Hindistan İnzibati Xidmətinin əməkdaşı Avaniş Şaran sosial şəbəkədə quşla insan arasında etibarlı münasibət olduğunu təsdiqləyən video paylaşıb.
Xarici KİV xəbər verir ki, o, Arif adlı şəxsin 2022-ci ildə yaralı bir durna quşunu xilas etdiyini və o vaxtdan bəri ayrılmaz dost olduqlarını deyib.
Kadrlarda şəxsin skuter sürdüyü, onun ardınca isə durnanın getdiyi görünür. Bir çox sosial media istifadəçisi qeyri-adi dostluq hekayəsinə heyran qalıb. “Əsl sevgi və mərhəmətin ən yüksək səviyyəsi... Yaşasın bu dostluq!” – şərhçilərdən biri yazıb. 

Oxşar xəbərlər