Arnold Şvarsenegger ilk dəfə seriala çəkilir
2-03-2023, 15:58
6 121

Arnold Şvarsenegger ilk dəfə seriala çəkilir

Hollivud ulduzu, Kaliforniya ştatınının keçmiş qubernatoru Arnold Şvarsenegger “Fubar” adlı serialda debüt edib. 
Çox sayda filmlərdə rol alsa da, aktyor bu günə qədər seriallarda çəkilməkdən imtina edirdi. Komediya janrındakı casus filminin süjet xətti aktyorun xoşuna gəlib və o çəkilməyə razılıq verib. Arnold Şvarsenegger serialda Lyuk adlı casusun obrazını canlandıracaq.
“Hara gedirəmsə, mənə yeni filmə nə zaman çəkiləcyimi soruşurdular. Alın, bu da sizə film. Düz bir mövsüm məni izləyəcəksiniz”, - aktyor bildirib. 
Arnold sonuncu dəfə 2019-cu ildə “Terminator: Qara talelər” filmində çəkilmişdi.

Oxşar xəbərlər