Lavrov və Blinken 10 dəqiqədə nələri müzakirə edib? - YENİLƏNİB
2-03-2023, 17:03
5 998

Lavrov və Blinken 10 dəqiqədə nələri müzakirə edib? - YENİLƏNİB

ABŞ dövlət katibi Entoni Blinken Dehlidə keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Blinkenin yanında olan Dövlət Departamentinin nümayəndəsi bildirib.
Görüş Ukrayna ilə bağlı davam edən gərginlik və Rusiyanın Strateji Hücum Silahları Müqaviləsini ləğv etməsi fonunda baş tutub.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Blinkenlə Lavrovun 10 dəqiqəyə yaxın söhbəti olub.
ABŞ nümayəndəsinin sözlərinə görə, Blinken Rusiyanı həbsdə olan amerikalı Pol Uilanı azad etməyə, Yeni Strateji Hücum Silahları Müqaviləsində iştirakını bərpa etməyə çağırıb və ABŞ-ın Ukraynanı dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Blinken və Lavrov sonuncu dəfə Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl şəxsən görüşüblər.
***09:55
ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehlidə görüşüblər. 
Görüş "G20" sammiti çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında baş tutub. 
Qeyd edək ki, Ukraynada müharibənin başlamasından sonra XİN rəhbərləri ilk dəfə qarşılaşıblar. 

Oxşar xəbərlər