Gürcüstan hərbi PUA istehsalına başlayır
3-03-2023, 10:55
1 213

Gürcüstan hərbi PUA istehsalına başlayır

2023-cü ilin yayından başlayaraq Gürcüstan hər il 1000-dən 1500-ə qədər kəşfiyyat və döyüş PUA-ları istehsal edəcək.
Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze deyib.
Nazir qeyd edib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə istehsal edilib və sınaqdan keçirilib.
Qeyd edək ki, dronlar Tiflis yaxınlığında Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunur. Zavodun tikintisi ötən ilin dekabrında başa çatıb. Müəssisənin sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir.
“Birgə müəssisə çox uğurlu layihədir. Biz 2020-ci ildə Polşa tərəfi ilə işə başlamışıq”, - Burçuladze bildirib.
O qeyd edib ki, layihə çərçivəsində hərbi personalın kəşfiyyat və döyüş PUA-larını idarə etməsini mənimsəmək məqsədilə təlim mərkəzi yaradılır. Mərkəzin işinə polşalı mütəxəssislər də dəvət olunacaqlar.
Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.
Mənbə: kommersant.ru

Oxşar xəbərlər