ABŞ Baş prokuroru: “Priqojinlə bağlı əlimizdə kifayət qədər dəlil var”
3-03-2023, 10:58
1 245

ABŞ Baş prokuroru: “Priqojinlə bağlı əlimizdə kifayət qədər dəlil var”

“ABŞ-nin əlində “Vaqner” qrupunun sahibi Yevgeni Priqojini hərbi cinayətkar adlandırmaq üçün kifayət qədər dəlil var”.
Bu barədə ABŞ Baş prokuroru Merrik Qarland Senatda dinləmələr zamanı bildirib.
“Bir vəkil kimi bütün dəlilləri əldə etməzdən əvvəl danışmağım o qədər də münasib deyil. Amma düşünürəm ki, belə qənaətə gəlməyim üçün əlimizdə kifayət qədər dəlil var”, - deyə Qarland qeyd edib.
ABŞ Baş prokuroru vurğulayıb ki, Priqojinin “Vaqner” qrupu Donbasda Ukrayna vətəndaşlarına qarşı çoxsaylı cinayətlərə, habelə Rusiya həbsxanalarından məhbusların qanunsuz olaraq cəbhəyə göndərilməsinə görə məsuliyyət daşıyır. Eyni zamanda o bildirib ki, bu qruplaşma öz fəaliyyəti ilə ABŞ-yə də ziyan vurur.

Mənbə: UNİAN

Oxşar xəbərlər