"Hamımız yıxılmışıq" - Məşhur aktrisa nələrdən DANIŞDI
3-03-2023, 11:43
7 811

"Hamımız yıxılmışıq" - Məşhur aktrisa nələrdən DANIŞDI

Türkiyənin tanınmış aktrisası Demet Evqar uzun müddət sonra görüntülənib.
Bir kafedə dostlarının əhatəsində dərdləşən aktrisa dəhşətli zəlzələdən danışıb. O, üzüntüsünü belə ifadə edib:
"Bu müddət ərzində mümkün qədər sosial şəbəkələrə baxmıram. Nəyin nə olduğunu çox yaxşı bilirik deyə, özümü bir də yaralamaq istəmirəm. Nəticədə evdə mənə möhtac bir körpə var. Amma o kədəri hiss etməmək mümkün deyil. Üzümü ümidə doğru çevirmək istəyirəm. Bu, çox uzun bir zaman alır. Bir, iki gün, iki il sonra unudulacaq bir hadisə deyil. Oradakı canlarla birlikdə bütün ölkə hazırda da dağıntılar altındadır. Psixoloji olaraq hamımız yıxılmışıq. Bir işıq axtarırıq..."
Qeyd edək ki, 43 yaşlı Demet Evqar ötən ilin avqust ayında Mavi adlı qızını dünyaya gətirib.


Oxşar xəbərlər