Biznesmenin 20 milyonunu alıb ayağını qırdılar
3-03-2023, 11:59
7 818

Biznesmenin 20 milyonunu alıb ayağını qırdılar

Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edərək ondan 20 milyon rubl alıb. 
Yerli KİV bildirir ki, daha sonra onlar biznesmenin ayağını sındırıb.
Hadisə Krasnoqorskda baş verib. Məlumata görə, sahibkar təcili olaraq valyuta almaq qərarına gəlib. O, öz köməkçisi olan qıza niyyətini söyləyib. Qız tez bir zamanda mübadilə edə biləcək insanlar tapıb.
İş adamı banka gələrkən kombinezonlu şəxslər onu yerə yıxaraq bütün pulları götürüblər. Bundan sonra iş adamının ayağını sındıraraq qaçıblar.

Oxşar xəbərlər