“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü
3-03-2023, 18:00
6 179

“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı “Sputnik V” vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov öldürülüb.
Regnum-a xəbər verir ki, o Moskvadakı evində kəmərlə boğaraq qətlə yetirilib.
Məlumata görə, hadisə ötən gün baş verib. İstintaq zamanı məlum olub ki, virusoloqla 29 yaşlı gənc arasında münaqişə yaranıb. 
Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. 

Oxşar xəbərlər