ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi
4-03-2023, 19:20
16 933

ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım etdiyinə görə həbs edilib”.
Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib.
Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya texnologiyaları  göndərməkdə şübhəli bilinirlər.
Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir.
“59 yaşlı Kirill Buyanovski və 55 yaşlı Duqlas Robertson ABŞ-nin ixraca nəzarət qanunlarından yan keçmək üçün əlbir fəaliyyət göstərməkdə və bütün dünyada Rusiya istehsalı olan təyyarələrin istismarı ilə məşğul olan müştərilərə aviasiya elektronikası satmaqda ittiham olunurlar”, - deyə bununla bağlı yayılan məlumatda qeyd edilib.

Oxşar xəbərlər