Rusiyada keçmiş vitse-qubernator rüşvətə görə saxlanılıb
4-03-2023, 11:06
680

Rusiyada keçmiş vitse-qubernator rüşvətə görə saxlanılıb

Leninqrad vilayətinin İstintaq Komitəsi cümə günü vilayətin keçmiş vitse-qubernatorunu rüşvət almaqda şübhəli bilərək saxlayıb.
Bu barədə jurnalistlərə Rusiyanın Leninqrad vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Səlahiyyətinə tikinti sənayesində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi daxil olan Leninqrad vilayətinin o vaxtkı vitse-qubernatoruna ümumi məbləği ən azı 8,5 milyon rubl olan rüşvət şəklində pul köçürülməsi ilə bağlı çoxsaylı faktlar var. Həmin faktlarla bağlı istintaq orqanı ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi üzrə “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açıb”, - məlumatda deyilir.
Leninqrad vilayətinin qubernatorunun mətbuat xidməti saxlanılan şəxsin Leninqrad vilayəti hökuməti sədrinin keçmiş müavini Mixail Moskvin olduğunu təsdiqləyib.
Bildirilir ki, 2012-2015-ci illərdə Moskvin Leninqrad vilayətinin Dövlət Tikinti Nəzarəti və Dövlət Ekspertiza Komitəsinin sədri, sonra 2015-ci ildən vilayət qubernatorunun tikinti üzrə müavini, Leninqrad vilayəti hökuməti sədrinin tikinti işləri üzrə müavini, 2019-cu ilin fevralından 8 avqust 2021-ci ilə qədər Leninqrad vilayəti hökuməti sədrinin tikinti, mənzil-kommunal təsərrüfat məsələləri üzrə müavini olub. O, 2021-ci il avqustun 9-da Rusiya Federasiyası Hökuməti yanında Leninqrad vilayətinin Qubernatorunun və Hökumətinin Nümayəndəliyinin rəhbəri təyin edilib, 2022-ci il iyunun 17-də isə bu vəzifədən istefa verib.

Mənbə: TASS

Oxşar xəbərlər