Türkiyədə Çin elektromobilləri iki dəfə bahalaşacaq
4-03-2023, 11:32
678

Türkiyədə Çin elektromobilləri iki dəfə bahalaşacaq

Türkiyə elektriklə işləyən avtomobillərin Çindən idxalına 40 faiz rüsum tətbiq edib. Akkumulyatorlu avtomobillərin idxalına əlavə verginin tətbiqi əhalini yerli istehsal TOGG elektromobilini almağa həvəsləndirmək məqsədi daşıyır.
Bundan əlavə, səlahiyyətlilər elektromobillərin vergitutma sistemini dəyişdiriblər. İndi mühərrikləri 160 kilovata qədər olan və qiyməti 1,25 milyon lirəyə qədər olan “yaşıl” nəqliyyat vasitələri üçün vergi 10 faiz, daha bahalı modellər üçün isə 40 faiz olacaq. Xaricdən gətirilən elektromobillər daha güclü olarsa, vergi 60 faizə qədər artacaq.
Mənbə: motor.ru

Oxşar xəbərlər