Prezidentliyə iddialı şəxs: əsas iş arvadın razılığını almaq olub
4-03-2023, 14:28
16 153

Prezidentliyə iddialı şəxs: əsas iş arvadın razılığını almaq olub

ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
Bu barədə “Fox News” xəbər yayıb.
Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub.
O, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. “Fox News” vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.
O, vaksin əleyhinə hərəkatın lideri kimi tanınır.

Oxşar xəbərlər