Alimlər bədəndə toxuma çap edən robot YARATDILAR
4-03-2023, 12:20
15 706

Alimlər bədəndə toxuma çap edən robot YARATDILAR

Mütəxəssislər xarici toxumalara zərər vermədən əməliyyatların aparılmasına kömək edən robot hazırlayıb. 
Yeni texnologiya vasitəsilə daxili orqanlarda canlı hüceyrələr çap etmək mümkündür. Qısacası onu potensial olaraq çox yönlü cərrahi endoskopik alət adlandırmaq olar. 
Bu cihaz həm daxil edilmiş hərəkətlərin alqoritminə uyğun işləyir, həm də real vaxt rejimində əl ilə idarə etməyi bacarır. Robot xarici görünüşcə əl formasındadır. 
Tədqiqat qrupu artıq süni kolon daxilində cihazı sınaqdan keçirib və orada orqanların səthində uğurla 3D şəklində hüceyrələr çap edib. 
Mütəxəssislər bildirib ki, gələcəkdə bu tibbi alətdən kiçik dəri kəsikləri və əlçatmaz bölgələrə daxil olmaq üçün istifadə ediləcək.

 

Oxşar xəbərlər