25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU - Hamısı sağdır
4-03-2023, 12:44
15 610

25 il əvvəl dünyada ilk dəfə 7 UŞAQ DOĞULDU - Hamısı sağdır

1997-ci ildə Amerikalı MkCaughey ailəsi süni mayalanma etmək qərarına gəlib.
Xarici KİV xəbər verir ki, Kenni və Bobbi cütlüyünün Mikayla adlı bir qız körpəsi var idi.
Lakin valideynlər ən azı iki uşağın lazım olduğuna inanırdılar. Valideynlərə 7 embrionun hamısının canlı olduğu deyiləndə onlar şoka düşüb. Həkimlər dölün inkişafı və hamiləliyin necə davam edəcəyi ilə bağlı çox narahat olublar və bir neçə dəfə cütlüyə embrionların sayını azaltmağı təklif ediblər. Amma onlar hər dəfə bundan imtina edib.
1997-ci il noyabrın 19-da bütün körpələr doğulub və hamısı tam sağlam dünyaya gəlib. Artıq onların doğulmasından 25 il keçib. Bu uşaqların hamısı illər ərzində arzularına doğru irəliləyib.

Məsələn, Aleksis bacısı Natali ilə birgə ibtidai məktəbdə uşaqlara dərs deyir. Natali işləməkdən əlavə idman və turizmlə məşğul olmağı da sevir. Kelsi adlı qızlardan biri müğənni olmaq istəyir və musiqi ilə məşğuldur. Hazırda o, arzusuna doğru uğurla irəliləyir.
Qardaşlardan biri hərbçi, digəri isə tikinti ilə məşğuldur. Joel və Natan qardaşları kompüterləri sahəsində çalışırlar.

Oxşar xəbərlər