Telefonunuzun təhlükəsizliyini təmin edən 3 QAYDA
4-03-2023, 12:45
15 610

Telefonunuzun təhlükəsizliyini təmin edən 3 QAYDA

Mobil cihazdan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi fəsadlarla səbəb ola bilər. 
Xarici KİV məlumatına görə, bunun üçün 3 sadə qaydaya əməl etmək lazımdır. 
Parolun təyin edilməsi
İstifadəçilərin bir çoxu telefonlarına parol təyin etmir. Təəssüf ki, bu səhv addımdır. Çünki hər hansı bir məkanda istənilən şəxs telefonunuzu götürüb şəxsi fayllarınıza və səhifələrinizə giriş əldə edə bilər. Bunun üçün mütləq telefonunuza parol qoyun. Üz tanıma və barmaq izinin tanınması kimi funksiyanın olması daha yaxşıdır. 
Naməlum linkləri izləməyin
Naməlum internet resurslarına keçid reklamlarına məhəl qoymamaq məsləhətdir. Əks halda, şəxsi məlumatlara girişin itirilməsi və ya smartfonunuzda virusun görünməsi ehtimalı yüksəkdir. 
Tətbiq yeniləməsi
Telefonunuzda quraşdırılmış proqramlar mütəmadi olaraq yenilənməlidir. Çünki  tərtibatçılar təhlükəsizlik sistemini hər dəfə daha da təkmilləşdirirlər. Bununla yanaşı,  proqramların yüklənməsi və ya yenilənməsi yalnız etibarlı proqram mağazası və ya rəsmi tərtibatçı portalı vasitəsilə həyata keçirilməlidir.

Oxşar xəbərlər