Peris gələcək qızının adını açıqladı
4-03-2023, 13:06
15 600

Peris gələcək qızının adını açıqladı

Aktrisa və model Peris Hilton gələcək qızının adını açıqlayıb.
42 yaşlı Hilton Feniksin anası olduğu üçün xoşbəxt olduğunu etiraf edib və gələcəkdə çoxlu uşaq istədiyini bildirib.
“Mən ana olmağı sevirəm. Mən balaca mələyimi çox sevirəm. O, çox şirin və sevimlidir. Onunla yatanda hər gecə sinəmin üstünə uzanır və sadəcə mənə baxır”,- deyə Peris deyib.
O, çox yaxında bir qız anası olmağı planlaşdırdığını da bildirib və əlavə edib ki, gələcək körpəsi üçün artıq ad seçib:
“Mən çox xoşbəxtəm ki, Feniksin bir gün London adında kiçik bir bacısı olacaq. Bu mənim sevimli şəhərimdir və mən həmişə qızıma London adını vermək istəmişəm”.

Oxşar xəbərlər